Pakistanın Lahor şəhərində yerləşən bazarlardan birində radioötürücü ilə idarə olunan iki partlayış baş verib. Terror aktı nəticəsində ən azı 12 nəfər ölüb, 35 nəfər isə yaralanıb.
Pakistanın hökumət qoşunlarının Əfqanıstanla sərhəddə, ölkənin şimal-qərbində “Taliban” hərəkatının bazalarına irimiqyaslı hücumlara başlamasından sonra dinc sakinlərə qarşı terror aktları və hərbi obyektlərə terrorçuların hücumları artıb.
Bu yaxınlarda Pakistanda törədilən silsilə terror aktları nəticəsində 400-dən artıq insan dünyasını dəyişib. ANSPRESS
Bazarda partlayış olub
Bazarda partlayış olub. Hadisə nəticəsində 12 nəfər həlak olub.




Şərhlər