Baş nazirə cəsarətli məktub yazdı: Gedin, öz qanınızı tökün
21 Noyabr 2012 Çərşənbə 22:45
Türkiyənin məşhur aktyoru AKP-nin yürütdüyü siyasətdən narazı olduğunu açıq şəkildə bəyan edib
Türkiyənin məşhur aktyoru ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğana cəsarətli məktub yazıb. “Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, “Öyle Bir Geçer Zaman Ki” serialında Süleyman xarakterini canlandıran aktyor Renan Bilek məktubuna Boris Vianın məşhur mahnılarından birinin sözləri ilə başlayıb:

“Cənab nazir,

Zamanınız olsa oxumağınız üçün bir məktub yazdım sizə.
Çərşənbə axşamından əvvəl müharibəyə getməyimi istəyən çağırış
kağızımı almışam.

Cənab nazir,

Bunu etmək istəmirəm,
Mən yer üzünə yoxsul insanları öldürmək üçün gəlməmişəm. Niyyətim əsəbləşdirmək deyil, amma sizə demək məcburiyyətindəyəm. Aldığım qərar budur ki, əsgəlikdən qaçacağam”.

Ərdoğana yazdığı geniş məktubunda aktyor AKP-nin yürütdüyü siyasətdən narazı olduğunu açıq şəkildə bəyan edib. Aktyor daha sonra Azad Suriya ordusununun Türkiyə torpaqlarında sərbəst şəkildə gəzə bilməsinə etiraz edərək, sərhəd boyu yaşayan bütün vətəndaşların bundan narahat olduğunu yazıb: “Siz də Suriyada qan tökmək istəyirsiniz. Buyur gedin və öz qanınızı tökün. Bunu edəcək dəliqanlılığa sahib olduğunuz Davosda “Van minut”da göstərdiniz. Siz çox yaxşı öndərsiniz. Buyurun öndə gedin”


DOSTLARINLA PAYLAŞ:

oyunlar