Balakəndə toyda polisi döydülər
04 Sentyabr 2014 Cümə Axşamı 10:54
Balakəndə şəxsi münasibətlər zəmində mübahisə davaya çevrilib.
Balakəndə toyda qalmaqal baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, gecə saat 22:45 radələrində Balakən şəhərində fəaliyyət göstərən şadlıq evlərinin birində keçirilən toy mərasimində yaranan dava nəticəsində iki nəfər xəsarət alıb.
Xəsarət alanlar 1987-ci il təvəllüdlü Məhəmməd Əli oğlu Kiriyev və 1979-cu il təvəllüdlü Telman Rauf oğlu Soltanov xəsarətlə xəstəxananın travmatologiya şöbəsinə yerləşdiriliblər. Hazırda onların vəziyyəti orta-stabil hesab olunur.
Davada xəsarət alan Əli Kiriyev Balakən rayon polis şöbəsində polis serjantıdır.
İlkin ehtimala görə, dava toyda şəxsi münasibətlər zəminində yaranmış mübahisə zəminində yaranıb.
Faktla bağlı araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: