Balakən rayonunda bıçaqlanma hadisəsi baş verib
01 Mart 2010 Bazar Ertəsi 13:25
Azərbaycanın Balakən rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Məlumata görə hadisə Tülü kəndinə məxsus çöl sahəsində qeydə alınıb. 1985-ci il təvəllüdlü, Poçtbinə kənd sakini İsmayılov Sabir Abdurahman oğlu ilə onun bacısının keçmiş həyat yoldaşı, 1987-ci il təvəllüdlü Tülü kənd sakini Akubayev Rüstəm Xəlil oğlu arasında mübahisə baş verib. Daha sonra mübahisə davaya çevrilib.
S. İsmayılov üzərində gəzdirdiyi bıçaqla R. Akubayevin bədəninin müxtəlif nahiyələrinə bir neçə bıçaq zərbəsi endirib. R. Akubayev Balakən Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır hesab edilir.

Balakən RPŞ əməkdaşlarının keçirdiyi axtarış-əməliyyat tədbirləri nəticəsində S. İsmayılov tutularaq istintaqa təhvil edilib. S. İsmayılov barəsində cinayət işi başlayıb, istintaq aparılır. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar