Hadisə

Bakının mərkəzində su maşını yandı

Neftçilər prospektində avtomobillərin hərəkətinin məhdudlaşmasının qarşısı alınıb

· Xəbərçi
Bakının mərkəzində su maşını yandı
Bu gün saat 22.15 radələrində Neftçilər prospektinin Səbail rayonu Bayıl qəsəbəsindən keçən hissəsində ZİL markalı su daşıyan maşında yanğın hadisəsi baş verib. APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə yanğın hadisəsi əvvəlcə maşının motorxanasında başlayıb qısa bir zamanda avtomobilin kabinkasını da bürüyüb. Yaxınlıqda yerləşən FHN dövlət yanğından mühafizə xidmətinin Səbail rayonu yanğından mühafizə şöbəsinin əməkdaşları hadisə yerinə gəlib. Yanğının söndürülməsinə iki briqada cəlb olunub. 22.25 dəqiqədə avtomobildə yaranmış yanğın tamamilə söndürülüb. Hadisə yerinə rayon PPX və DYP əməkdaşları da gəlib. Prospektdə avtomobillərin hərəkətinin məhdudlaşmasının qarşısı alınıb.

Hazırda Dövlət yanğından mühafizə idarəsinin və Dövlət Yol Polisinin əməkdaşları hadisənin baş vermə səbəbini araşdırırlar.

Şərhlər