Bakını qarışdıranlar tutuldu
04 İyun 2014 Çərşənbə 11:24
Axtarışda olan bir neçə nəfər saxlanılıb.
Xuliqanlıq maddəsi ilə axtarışda olan 26 yaşlı gənc tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi, Suraxanı Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 33-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1988-ci il təvəllüdlü Araz Nəbiyev həbs edilib.

Xəzər Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə dələduzluq maddəsi ilə axtarışda olan 1969-cu il təvəllüdlü Qəşəng Məmmədova tutulub.

Bundan başqa, Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etdiyinə görə axtarışda olan 1992-ci il təvəllüdlü Dilqəm Muradlı da saxlanılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar