Bakıdan Xaçmaza gedən avtobusda sürücü sərnişini bilet aldığı üçün təhqir etdi
23 Avqust 2013 Cümə 12:54
Bu istiqamətdə işləyən avtobuslarda sürücülərin özbaşınalıqları davam edir.
Xaçmaz rayon sakini Tamam Əzizov Bakı avtovağzalında qanunsuzluqla üzləşib. Sərnişinin ANS PRESS-ə verdiyi məlumata görə, Bakıdan Xaçmaza bilet alaraq avtobusa minərkən sürücünün köməkçisi onu avtobusa buraxmaq istəməyib.

“Bilet 2 manat 55 qəpikdi. Sürücülər bizdən 4 manat alıb aparırlar Xaçmaza. O üzdən də bilet alanlara düşmən münasibət göstərilir. Xaçmaz sakini Tamam Əzizova dəfələrlə bu problemlə qarşılaşdığını deyir: "Birinci dəfə deyil, hər dəfə belə olur. Bakı avtovaqzalında heç olmasa kassalar işləyir, Sürücülər bilet xoşlamasalar da bilet ala bilirik. İndi isə sürücü məni bilet aldığıma görə söydü, təhqir etdi. Məni avtobusdan düşürtmək istəyirdi.”, - deyə Tamam Əzizova şikayətlənib.

Əslində bu hadisə təkcə Tamam Əzizovanın başına gəlmir. Belə özbaşınalıqlar Xaçmaz rayonuna gedən bütün avtobus xəttlərində müşahidə olunur. Problemlə əlaqədar Bakı beynəlxalq avtovağzalın növbə rəisi Məhəmməd Abdullayev ANS PRESS-ə açıqlamasında bildirdi ki, bütün belə hallar sürücülərin özbaşınalıqları üzündən yaranır.

“Heç bir sərnişin daşıyıcısının ixtiyarı yoxdur ki, sərnişinin bileti ola-ola onun üçün problem yaratsın, ondan əlavə pul istəsin. Biz də elə sürücülərlə mübarizə aparırıq. Həmin sərnişndən də xahiş edirik ki, mütləq bizə müraciət etsin. Mütləq həmin sürücü və onun köməkçisi barədə lazımı ölçü götürüləcək”, - deyə Məhəmməd Abdullayev bildirib.

Qeyd edək ki, bu hadisənin nəticəsini ANS PRESS olaraq izləyəcəyik.


DOSTLARINLA PAYLAŞ:

oyunlar