Bakıdakı seksual manyak haqqında yeni xəbər
22 Avqust 2013 Cümə Axşamı 18:55
Pedofil olduğu deyilən kişi intihar edibmiş.
Bakının Xəzər rayonunda döyülərək öldürüldüyü bildirilən kişi ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Rayon Prokurorluğundan milli.az-a verilən məlumata görə, 33 yaşlı Elnur Abuzərov döyülərək öldürülməyib. Onun meyitini dünən qardaşının evində qan içərisində tapıblar. O, damarlarını doğrayaraq həyatına qəsd edib. Bu hadisədən əvvəl isə E.Abuzərov Dübəndi yaşayış sahəsində tanışları Yusif Hacıyev, Elşən Əhmədov və İvan Tkaçov tərəfindən döyülüb. Polisdə Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır xəsarət yetirmə (126.2) maddəsi ilə iş başlanmışdı. Hazırda isə özünü öldürmə həddinə çatdırma madəsi ilə iş başlanıb. Subay olan E.Abuzərov fərdi əməklə məşğul olurmuş.
Hadisə ilə bağlı lent.az-ın əldə etdiyi məlumatda deyilir ki, A.E. bir neçə gün əvvəl Dübəndidə etdiyi seksual xarakterli hərəkətinə görə yaşadığı qəsəbənin sakinləri tərəfindən vəhşicəsinə döyülüb. Məlum olub ki, 33 yaşlı şəxs qonşuluqda yaşayan azyaşlı oğlanı ona küçük verəcəyi ilə bağlı vəd verərək aldadıb və yaşadığı evin həyətinə gətirib. Burada A.E. azyaşlıya qarşı seksual xarakterli hərəkətlər edib. Məsələdən qəsəbə sakinləri xəbər tutublar. Onlar ayın 19-da A.E.-ni Dübəndidə küçədə yaxalayaraq vəhşicəsinə döyüblər. Hətta A.E.-nin boğazına zəncir keçirərək onu sürüyüblər. Hadisə yerinə gələn polislər hisslərinə hakim ola bilməyən qəsəbə sakinlərinin əlindən A.E-ni güclə alıblar.
Araşdırmalar zamanı A.E.-ni döymüş şəxslərdən 3-ü - Dübəndi sakinləri Yusif Hacıyev, Elşən Əhmədov və İvan Tkaçov müəyyən edilib.
DOSTLARINLA PAYLAŞ: