Bu gün səhər Bakıda baş verən qəzanın şahidi olanlar sürücünün sağ çıxacağını ağıllarına belə gətirmirdilər. İri dəmir parçasının maşının ön şüşəsindən salona girərək arxadan çıxması nəticəsində sürücünün sağ qalması mümkün görünmürdü. Bakı şəhər Yol Polisi İdarəsinin milli.az-a açıqlaması möcüzənin real olduğunu göstərdi.
Bu gün səhər saatlarında Bakı Dairəvi Yolunda “Opel” markalı minik maşını yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Həmin dəmir isə maşının önündən girib, arxa şüşəsindən bayıra çıxıb. Qəza zamanı sürücü xəsarət alıb və xəstəxanaya yerləşdirilib.