Bakıdakı avtoyuma məntəqəsində gənc oğlan öldü
29 Avqust 2013 Cümə Axşamı 12:36
21 yaşlı gənci elektrik cərəyanı vurub.
Bakıda yerləşən avtoyuma məntəqəsində bədbəxt hadisə olub. Mili.Az-ın rayon Polis İdarəsindən əldə etdiyi məlumata görə, dünən saat 21.00 radələrində H.B.Əliyev 22 ünvanında yerləşən, 57 yaşlı Şamaxı rayon sakini Əlikram Babayevə məxsus avtoyuma məntəqəsində gənc oğlan həyatla vidalaşıb.

Məntəqədə yuyucu işləyən 21 yaşlı Cəlilabad rayon sakini Cəmil Ağayevi elektrik cərəyanı vurub. Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar