Bakıda ürəyi gedən qıza qarşı inanılmaz hərəkət
19 İyul 2013 Cümə 10:42
Qızın huşu özündən gedən zaman onun mobil telefonunu oğurlayıblar.
Bakıda 19 yaşlı qızın telefonu oğurlanıb. Yasamal Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Mustafayev küçəsi, ev 57 ünvanında yaşayan, 1994-cü il təvəllüdlü Leyla Namiq qızı Qafarova yaşadığı ünvanın qarşısında vəziyyəti pisləşərək özündən gedib. Vəziyyəti normallaşdıqdan sonra L.Qafarova özünə məxsus “Samsung Galaxy S2” markalı mobil telefonunun oğurlandığını şahidi olub.

Hazırda telefonu oğurlayan şəxsin tapılması istiqamətində iş aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar