Bakıda üç İran vetendaşı saxlanılıb
23 Avqust 2013 Cümə 17:36
üç İran vetendaşı Buzovnada oğurluq törədiblər.
Bakıda üç İran vətəndaşı saxlanılıb. ANS PRESS-in DİN-in saytına istinadən verdiyi xəbərə görə, avqustun 21-də Xəzər rayonu Buzovna qəsəbəsinin ərazisində 3 naməlum şəxs əvvəlcə Mirsəid Əsədullayevə məxsus mağazaya gəlib ondan 710 dollar pul almış, sonra isə Abasəli Əliyevə məxsus mağazaya gedib ondan da pul almağa cəhd göstərmiş və “Nissan-Sentra” markalı avtomaşında getmişlər.

Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş İran İslam Respublikası vətəndaşları Khazaei Fereydoun Mohammad Ebrahim oğlu, Farokhi Ali Mohammadghorban oğlu və Malayeri Mohammadhossein Mohammadali oğlu icarəyə götürərək idarə etdikləri “Nissan-Sentra” markalı avtomaşınla saxlanılmışlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar