Bakıda üç avtomobil toqquşdu: 2 ölü, 1 yaralı
05 Avqust 2013 Bazar Ertəsi 10:35
Buzovna qəsəbəsində zəncirvari qəza olub
Bakının Buzovna qəsəbəsində zəncirvari qəza olub. Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi bu gün səhər saat 09.00 radələrində Buzovna qəsəbəsi ərazisində qeydə alınıb.
“VAZ 21015”, “Opel” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb və bir nəfər xəsarət alıb.
Hazırda ölən və xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir.
DOSTLARINLA PAYLAŞ: