Bakıda Türkiye vetendaşını ölümcül hala saldılar
    27 İyun 2013 Cümə Axşamı 15:15
    Yaralı xəstəxanaya yerləşdirilib.
    
                	 
    
         Bu gün Bakı şəhərinin Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Bakı-Ələt yolunun 70-ci kilometrliyində SOCAR YDM-nin yaxınlığından Türkiyə vətəndaşı Soylu Seyran ağır bıçaq xəsarətləri ilə Mərkəzi Klinik Xəstəxanaya gətirilib. Yaralının döş qəfəsinin sol tərəfində və boğazında daxilə nüfuz edən xəsarətlər aşkarlanıb.
Faktla əlaqədar zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
DOSTLARINLA PAYLAŞ: