Bakıda Türkiyə vətəndaşı qarət olundu
21 Fevral 2013 Cümə Axşamı 10:52
Cağıl Orxan Osmanın maşınından 5 min manat oğurlanıb.
Bu gecə saat 01:45 radələrində Bakının Yasamal rayonunda Türkiyə vətəndaşı qarət olunub. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Türkiyə vətəndaşı 1979-cu il təvəllüdlü Cağıl Orxan Osmana məxsus “Audi” markalı 10 VN 545 dövlət nömrə nişanlı avtomobilin qabaq şüşəsi sındırılıb. Həmin maşında olan 5000 manat manat oğurlanıb.

Faktla bağlı araşdırmalara başlanılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar