Bakıda Türkiyə vətəndaşı oğurluqdan tutuldu
04 Avqust 2014 Bazar Ertəsi 15:26
Oğurluq etdiklərinə görə tutulmuş Azərbaycan və Türkiyə vətəndaşının digər cinayət əməlləri də müəyyən edilib.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Nərimanov rayon Polis İdarəsinin 16-cı, 17-ci və 18-ci polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilib.
Əməliyyat zamanı oğurluq etdiklərinə görə tutulmuş Roman Moskalyovun və Türkiyə vətəndaşı Kutlu Alı Riza Hamit oğlunun ətrafında aparılmış əməliyyat tədbirlərilə onların Bakı şəhər sakinləri Nicat Abdullayevə, Xəyalə Aslanovaya, Samirə Qocayevaya və Emil Ramazanova məxsus avtomobillərdən pul, sənəd, qızıl və məişət əşyaları oğurladıqları məlum olub. Habelə, onların İsaabdulla Quliyevə və Təranə Hümmətovaya məxsus velosipedləri oğurlamaları müəyyən edilib.
Saxlanılan şəxslərlə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: