Bakıda toyda kütləvi dava: bəyin başına butulka çırpdılar
14 Dekabr 2012 Cümə 08:04
Bəy ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
Bakı şəhərinin Nizami rayonu ərazisində keçirilən toy mərasimində dava düşüb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 8-ci kilometr qəsəbəsində yerləşən “Elşən” şadlıq evində keçirilən toy mərasimi zamanı qonaqlar arasında dava olub.
Bu zaman adı hələlik dəqiqləşdirilməmiş şəxs aranı sakitləşdirmək istəyən bəyin başına butulka çırpıb. Bəy, 1978-ci il təvəllüdlü Hacıyev Elnur Ənvər oğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yüngül xəsarət almış şəxslər isə ambulator müalicəyə yazılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə iş başlanılıb. Araşdırmalar davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: