Bakıda toy məclisində polisin qulağı sındırdılar
01 Oktyabr 2013 Çərşənbə Axşamı 11:39
APA Holdinq İT xidmətinin rəhbəri qalmaqal salıb.
Ötən gün Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Luvr plaza” şadlıq sarayında APA-nın əməkdaşının toy məclisində media işçisi qalmaqal salıb. Milli.az-ın verdiyi məlumata görə, dava zamanı bir polis əməkdaşına ağır xəsarət yetirilib.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin rəisi İlham Əhmədov açıqlamasında bildirib ki, saat 00:00 radələrində toy məclisinin keçirildiyi şadlıq sarayının yaxınlığında, “APA Holdinq” İT xidmətinin rəhbəri Arif Şəmistanlı avtomobilini sərxoş vəziyyətdə idarə edərək maneəyə vurub.

Bu zaman onu sakitləşdirməyə şirkətin əməkdaşları gəliblər. Şirkətin aparıcısı olan Nəsimi Nəbizadə Arifi sakitləşdirmək istəsə də, buna nail olmayıb. Maşından düşürülən Arif daha sonra köynəyini çıxararaq Zabrat yolunda oynamağa başlayıb. Əraziyə gələn çevik polis alayının əməkdaşı onu sakitləşdirməyə cəhd etsə də, alınmayıb.

Arif yumruqla polisə zərbə endirərək onun qulağını sındırıb.

Bölmə rəisi bildirdi ki, saxlanılan A.Şəmistanlının işi artıq istintaqa göndərilib. Onun barəsində Cinayət Məcəlləsinin xuliqanlıq (221-ci) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə şahidlərinin verdikləri məlumata görə, hazırda APA-nın xeyli əməkdaşı 15-ci polis bölməsinə çağırılıb.





DOSTLARINLA PAYLAŞ:

oyunlar