Bakıda tanınmış redaktor və deputat qəzaya düşdü
29 Dekabr 2012 Şənbə 15:24
Qəza nəticəsində avtomobil əzilsə də, xəsarət alan olmayıb
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və millət vəkili Aqil Abbas yol qəzasına düşüblər. Baş redaktor ANS PRESS-ə açıqlamasında hadisənin bu gün baş verdiyini bildirib.
Onun sözlərinə görə, qəza Yasamal rayonu Haqverdiyev küçəsində olub. “Nissan Altima” markalı 10 OK 148 dövlət nömrə nişanlı avtomobili idarə edərkən piyadaya yol vermək üçün avtomobili saxlayıb. Bu zaman Müdafiə Nazirliyinə məxsus “UAZ” markalı maşın onun avtomobilini arxadan vurub. Qəza nəticəsində avtomobil əzilsə də, xoşbəxtlikdən xəsarət alan olmayıb.
"Sadəcə Aqil Abbas çox qorxmuşdu. Əsgər də qəzanın baş verməsindən şokda idi. Onların birtəhər sakitləşdirdim. Bizim millət işıqforda necə dayanmaq və piyadaya yol vermək lazım olduğunu hələ bilmir” – deyə, R.Məcid bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar