Bakıda silahlı atışma baş verib, ölənlər var
08 Yanvar 2015 Cümə Axşamı 18:53
Bakıda silahlı insident baş verib. İstintaq sirri olduğu üçün ölənlərin adı hələlik açıqlanmır.
Bakıda silahlı insident baş verib.

ANS PRESS xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 18.00 radələrində Sahil qəsəbəsində qeydə alınıb. Naməlum şəxslər avtomobildə iki qardaşı güllələyiblər. Onların hər ikisi yerindəcə ölüb.

Güllələnən qardaşlar “Toyota Land Cruiser” markalı maşında olublar. Onların olduğu avtomobilə naməlum maşından düşən şəxs atəş açıb. Nəticədə hər iki qardaş yerindəcə ölüb.

Polisdən həmçinin bildirilib ki, istintaq sirri olduğu üçün ölən qardaşların adı hələlik açıqlanmır.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxıb.

Hadisə ilə bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar