Bakıda sernişin avtobusu dehşet saçdı, ölenler var
06 Noyabr 2013 Çərşənbə 11:26
175 saylı xett üzre hereket eden “Daewoo” markalı avtobus iki piyadanı vurub öldürüb.
Bu gün seher saatlarında Bakının Suraxanı rayonu erazisinde ölümle neticelenen dehşetli yol qezası baş verib. Rayon Polis İdaresinden ANS PRESS-e verilen melumata göre, Hövsan yolunda 175 saylı xett üzre hereket eden “Daewoo” markalı avtobus yolu keçen iki qadını vurub. Her iki qadın hadise yerindece ölübler. Araşdırmalar zamanı ölen piyadaların 1974-cü il tevellüdlü Terane Hidayet qızı Celilova ve 1968-ci il tevellüdlü Şahnaz Xanış qızı Rehimova olduğu müeyyen olub.

Hadise ile elaqedar 175 saylı avtobusun mexsus olduğu “Transqeyt” MMC-nin rehberliyinden ANS PRESS-e hadise ile bağlı aydınlıq getirilib. Şirket resmisi Nureddin İsmayılovun ANS PRESS-e verdiyi melumata göre, seher saat 06:00 radelerinde Reşad Priverdiyevin idare etdiyi “Daewoo” markalı, 10 TY 300 dövlet nömre nişanlı avtobus iki piyadanı vurub. Hadiseni töreden sürücü hazırda dindirilir. Avtobus ise cerime meydançasına aparılıb.

“Hadisede sürücünün günahı olmayıb. 2 qadın qefilden qarşıda dayanan maşının arxasından çıxaraq hereketde olan avtobusun qabağına çıxıblar. Sürücü çalışsa da, avtobusu saxlaya bilmeyib. Qadınlar işe gederken telesik olublar, avtobusu görmeyibler. Çox teessüflenirem. Allah ölenlere rehmet elesin. Onların ailesine başsağlığı verirem”, - deye Nureddin İsmayılov bildirib.

Faktla bağlı cinayet işi başlanıb, araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar