Bakıda sərnişin avtobuslarının törətdiyi qəzalarda iki piyada ölüb
11 Yanvar 2013 Cümə 15:58
Ölənlərdən biri qadın, digəri isə kişi olub
Bakıda 2 sərnişin avtobusu qəza törədib, 2 piyada ölüb. Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, yanvarın 10-u saat səhər 7:00 radələrində Gəncə prospektində sürücü Tofiq Məmmədov idarə etdiyi "Mercedes" markalı mikroavtobusla Dürdanə Sultanovanı vurub.
Piyada hadisə yerində ölüb. Digər hadisə isə yanvarın 10-u axşam saat 21:00 radələrində Maştağa qəsəbəsi ərazisində baş verib. Sürücü Vüqar Cəbrayılov idarə etdiyi 107 saylı marşrut üzrə hərəkət edən "Daewoo" markalı avtobusla piyada Mikayıl Rzayevi vurub. Piyada hadisə yerindəcə keçinib.
DOSTLARINLA PAYLAŞ: