Bakıda qısqanc qardaş bacısını bıçaqlayıb
06 Avqust 2012 Bazar Ertəsi 11:15
Onun hadisəni qısqanclıq zəmininda törətdiyi bildirilir.
Ötən gecə paytaxtın Kazımzadə küçəsində bıçaqlanma hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, həmin ünvanda yaşayan Elnur Əhmədov qısqanclıq zəminində bacısı Günay Sadıqovanı bıçaqlayıb.

Qarın və kürək nahiyəsindən daxilə nüfuz edən bıçaq xəsarəti alan G.Sadıqova xəstəxanaya yerləşdirilib.

E.Əhmədov daha sonra özünə bıçaq xəsarətləri yetirib. Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini E.Əhmədov yaxalanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar