Bakıda qardaş bacısını öldürüb
08 Avqust 2009 Şənbə 10:45
Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir

 

Azərbaycan paytaxtında qardaş bacısını qətlə yetirib. Bu barədə APA-ya Qaradağ rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə ötən gecə rayonun Qızıldaş qəsəbəsində baş verib. Qəsəbə sakini, 1988-ci il təvəllüdlü Elşən Mətləb oğlu Hüseynov bacısı, 1985-ci il təvəllüdlü İradə Hüseynovanı bıçaqlayıb. Bir neçə ağır bıçaq zərbəsi alan İ. Hüseynova aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. E. Hüseynov isə bacısını öldürdükdən sonra polisə könüllü təslim olub.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar