Bakıda qadın həyat yoldaşını niyə yandırdı?
28 Sentyabr 2013 Şənbə 16:15
Hadisə qadının valideynlərinin yaşadığı məhəllədə olub
Bir neçə gün əvvəl Bakıda qadının özünü yandırması bağlı bəzi məqamlar aydın olub. 27 yaşlı Lamiyə Allahverdiyevanın qeyri-rəsmi nikahda yaşadığı kişinin qohumları Lent.az-a bildiriblər ki, əsl zərərçəkən əslində... kişinin özüdür. Belə ki, sentyabrın 21-də L. Allahverdiyeva qeyri-rəsmi nikah münasibətində yaşadığı 45 yaşlı Yoldaşov Ceyhun Firudin oğlunun üstünə benzin tökərək onu yandırıb. Hadisə Xətai rayonu ərazisində, metronun “Əhmədli” stansiyasının yaxınlığında, qadının valideynlərinin yaşadığı məhəllədə olub.

Yaxınlarının bildirdiyinə görə, C.Yoldaşov bir müddət əvvəl qeyri-rəsmi nikah münasibəti yaşadığı Lamiyədən ayrılıb. Buna səbəb isə ailədə baş verən münaqişələr olub. Daha sonra isə C.Yoldaşov qadında qalmış azyaşlı oğlunu götürərək rayona aparıb. Qadın isə öz növbəsində həyat yoldaşının onların nikahda olduğu müddətdə tikdirdiyi və onun adına olan Zabrat qəsəbəsindəki evi satıb. Qadının bu hərəkəti ailədə münasibətləri daha da gərginləşdirib. C.Yoldaşov qadından evin pulunu tələb edib.

Bir neçə gün əvvəl L.Allahverdiyeva C.Yoldaşovla görüşmək istədiyini bildirib və onlar Xətai rayonu ərazisində görüşüblər. Görüş zamanı tərəflərin söhbəti münaqişəyə çevrilib və 27 yaşlı qız qeyri-rəsmi nikah münasibətində yaşadığı həyat yoldaşının üstünə benzin tökərək onu yandırıb. C.Yoldaşov hazırda 5 saylı şəhər xəstəxanasında müalicə olunur. Həkimlər ona 3-cü dərəcəli yanıq dərəcəsi diaqnozu qoyublar və vəziyyətinin ağır olduğu bildirilir. Hazırda hadisə ilə bağlı Xətai RPİ, 34-cü Polis Bölməsində araşdırma aparılır.

Qeyd edək ki, hadisədən dərhal sonra L.Allahverdiyeva Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edib və uşağının əlindən alındığına görə, özünü yandırdığını bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar