Bakıda qadın hamamda öldü
08 Oktyabr 2014 Çərşənbə 12:46
Bakıda qadın faciəvi şəkildə ölüb. Qadın kirayə qaldığı evdə dəm qazından zəhərlənib.
Bakıda qadın faciəvi şəkildə ölüb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Yasamal rayonu ərazisində baş verib.

Belə ki, Kürdəmir rayon sakini Leylaxanım Vüqarqızı Yasamal rayonu ərazisində kirayədə yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. Onun meyidi hamamda tapılıb.

Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar