Hadisə

Bakıda polisə silahlı hücum olub

Taleh Ağayev polisin qanuni tələblərinə tabe olmayaraq bıçaqla ona hücum edib

· Xəbərçi
Bakıda polisə silahlı hücum olub
Bakıda polisə silahlı hücum olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 3-də saat 15.30 radələrində Yasamal rayonu ərazisində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Ağayev ictimai qaydanı pozduğuna görə həmin ərazidə xidmətdə olan Çevik Polis Alayının əməkdaşı onu intizama dəvət edib.

Bu zaman T.Ağayev polisin qanuni tələblərinə tabe olmayaraq bıçaqla ona hücum edib. T.Ağayev tərksilah edilib və barəsində toplanmış materiallar sonrakı araşdırmalar aparılması üçün rayon prokurorluğuna göndərilib.

Şərhlər