Bakıda polis zabiti naməlum şəraitdə bıçaqlanıb
12 Dekabr 2012 Çərşənbə 06:05
Xəstəxanaya çatdırılan polisin həyatını xilas etmək mümkün olub
Bakının Binəqədi rayonunda polis əməkdaşı bıçaqlanıb. Metronun “Azadlıq” stasiyası yaxınlığında qeydə alınan hadisə zamanı Binəqədi rayon polis idarəsi 5-ci polis bölməsinin təhqiqatçısı polis kapitanı Şükürov Sənan Əvəz oğlu naməlum şəraitdə bıçaqlanıb. Zərrərçəkən bıçaqlanandan sonra hadisə şahidləri tərəfinlən 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Cərrahi müdaxilədən sonra polis zabitinin həyatını həkimlər tərəfindən xilas edilib.
Qeyd edək ki, Sənan Şükürovun bıçaqlanması barədə onun çalışdığı 5-ci polis bölməsinə məlumat verilib. Hazırda polis əməkdaşını bıçaqlayan şəxs və ya şəxslərin axtarışlar davam etdirilir. Fatla bağlı artıq Binəqədi rayon prokurorluğunda başlanan araşdarmalardan sonra qanlı hadisənin baş vermə səbəblərinə aydınlıq gətiriləcək.
DOSTLARINLA PAYLAŞ: