Hadisə

Bakıda partlayış baş verdi: 4 yaralı

Hadisə Sabunçu rayonu ərazisindəki Elektrik Stansiyasında baş verib

· Xəbərçi
Bakıda partlayış baş verdi: 4 yaralı
Bakının Sabunçu rayonu ərazisindəki Elektrik Yarımstansiyasında təmir işləri aparılarkən qısa qapanmadan partlayış baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 4 nəfər ağır yaralanıb.

Yaralılar Natiq Heydərov, Vahid Səmədov, Şamil Heydərov və Vüqar Rəsulov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyətləri orta-ağırdır.

Şərhlər