Bakıda ötən gün 13 nəfər dəm qazının qurbanı oldu
04 Fevral 2014 Çərşənbə Axşamı 11:13
Bir gündə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 13 nəfər dəm qazı ilə müraciət edib.
Ötən gün Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 1675 müraciət daxil olub. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidovanın ANS PRESS-ə verdiyi məlumata görə, müraciətlərdən bəzilər dəm qazından zəhərlənmə ilə əlaqəli olub. Dəm qazı zəhərlənməsi ilə bağlı stansiyaya 13 nəfər müraciət edib. Müraciət edənlərdən 11 nəfəri xəstəxanaya yerləşdirilib.

Zemfira Vahidova onu da əlavə edib ki, ötən gün Bakıda yol qəzalarının sayı azalıb. Dünən 4 yol qəzası olub. Qəzalardan biri piyada vurulmasıdı. Hadisələr nəticəsində ümumilikdə 5 nəfər zərər çəkib.

Bakıda dəh Xəzər rayonu Buzovna qəsəbəsində baş verib. İki maşının toqquşması nəticəsində avtomobillərdən 1-i yanıb və nəticədə tam yanmış naməlum kişi meyiti polisə təhvil verilib. Digər avtomobilin sürücüsü isə xəstəxanaya yerləşdirilib”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar