Bu gecə Bakıda bir nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib. Bakıxanov qəsəbəsində Gənclik küçəsi ilə hərəkət edən "Daewoo Espero" markalı avtomobil idarəetməni itirərək qarşıdan gələn avtomobilə çırpılıb. Nəticədə 6 nəfər yaralanıb. Yaralananlardan biri- 27 yaşlı Amil Mirzəyev xəstəxanaya çatdırılarkən yolda keçinib. Yaralılardan Kəmalə və Gülnarə İsmayılova bacıları, Namiq Həsənov və Hümbət Cavadov ağır xəsarətlərlə 1 və 3 saylı xəstəxanalara yerləşdiriliblər. Digər bir yaralı ambulator müayinədən sonra evə buraxılıb. Şahidlərin bildirdiyinə görə, "Daewoo Espero"nun sürücüsü sərxoş olub. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi araşdırma aparır./ANS TV/