Bakıda məscidi qarət etmək istəyənlər tutuldular
03 Yanvar 2013 Cümə Axşamı 16:21
Onlar məsciddən 67 manat oğurlamaq istəyiblər.
Ötən gün Bakıda məsciddən oğurluq etmək istəyən şəxsləri polis tutub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Qobustan qəsəbəsinin ərazisindəki məscidin nəzir qutusundan 67 manatı oğurlamağa cəhd olub. Qaradağ RPİ 11-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğa cəhd göstərmiş Ələt qəsəbə sakinləri Tural Piriyev, Səbuhi İsmayılov və Cəmaləddin Mirzəyev saxlanılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar