Bakıda jurnalist yol qəzasında öldü
18 İyul 2014 Cümə 12:55
Xəstənin vəziyyəti ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.
Ötən gün Bakının Xətai rayonunda qəzaya uğrayan jurnalist dünyasını dəyişib. Xətai rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, axşam saatlarında “Hyundai” avtomobil yolu keçmək istəyən Sarvan Ağayevi vurub. Qəza nəticəsində piyada ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Lakin xəstənin vəziyyəti ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.

Xəstəxananın baş həkimi Sultan Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, Sultan Əliyev koma halında xəstəxanaya gətirilib.
“Ona ağır qapalı-kəllə beyin travması, döş qəfəsinin küt travması, ön ətraflarının sınığı və sidik kisəsinin partlaması diaqnozu qoyulub. Xəstə daxil olandan 1 saat sonra keçinib. Həkimlər onu xilas etmək üçün əllərindən gələni əsirgəməyiblər”.

Qeyd edək ki, Sarvan Ağayev “Qarabağ” qəzetinin baş redaktor müavini vəzifəsində çalışırdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar