Bakının mərkəzi prospektində yol qəzası baş verib. Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 20.15 radələrində Heydər Əliyev prospektində qeydə alınıb.
“VAZ-2107” markalı maşının “Hyundai” markalı avtomobillə toqquşması nəticəsində “VAZ-2107”in sürücüsü və sərnişini xəsarət alıb. Xəsarət alanlar – sürücü Əli Xəlilov və sərnişini Elşən Adıgözəlovdur. Onların hərbçi olduğu bildirilir.
Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Bakıda hərbçilər qəzaya düşdü
Heydər Əliyev prospektində baş verən qəza nəticəsində xəsarət alanlar var




Şərhlər