Hadisə

Bakıda evdə partlayış olub

Hamamda baş verən hadisə 1 nəfərin yaralanması ilə nəticələnib

· Xəbərçi
Bakıda evdə partlayış olub
Bakıda ev partlayıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib.

Qəsəbədəki evlərdən birində yaşayan Habil İbrahimova məxsus evin vanna otağında təbii qazın sızmasından yanğına keçən ani partlayış nəticəsində yanar konstruksiyalar və əşyalar yanıb. Ev sahibi H.İbrahimovun arvadı Gülşən Əfəndiyeva isə xəstəxanaya yerləşdirilib.

Şərhlər