Bakıda əkiz qız dünyaya gətirən ana komaya düşüb
13 Yanvar 2014 Bazar Ertəsi 12:01
Qeysəriyyə vüsitəsilə uşaq dünyaya gətirən ana hazırda süni nəfəs aparatına qoşulub.
Ötən ilin dekabr ayının 18-də əkiz qız övladı dünyaya gətirən ana hazırda koma düşüb. Bu barədə qızın atası Nadir Lalayev ANS PRESS-ə məlumat verib.

Onun verdiyi məlumata görə, qızı Günay Lalayeva dekabrın 18-də 3 saylı xəstəxanada 2 qız uşağını qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib. Dünyaya gələn uşaqlardan birinin çəkisi 2 kiloqram 700 qram, digərinin çəkisi isə 3 kiloqramdır. Uşaqlar normal olsa da, ana komaya düşüb.

Həkimlərin səyinə baxmayaraq ananın halı yaxşılaşmayıb. Sonradan qadın yenidən yaxşılaşsa da, dekabrın 26-da yenidən halı psləşib. Onu Mərkəzi Tibbi Xəstəxanaya yerləşdiriblər. Hazırda qadın aparat vasitəsilə nəfəs alır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar