Bakıda dönərxana üçün nəzərdə tutulan eşşək əti tutuldu
01 İyul 2013 Bazar Ertəsi 12:10
Bu ətləridə qara yara xəstəliyi çöplərinin də olduğu barədə məlumat daxil olub.
Bakının Müşfiqabad qəsəbəsində Güzdək yaşayış məntəqəsində satış məqsədilə olduğu ehtimal edilən at və eşşək əti tapılıb. Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin ANS PRESS-ə verdiyi məlumata görə, at və eşşək ətinin miqdarı 600 kq-a yaxın olub.Onlarda dönərxanalarda istifadə edilməsinin planlaşdırılmasıda istisna edilmir.
"Ətlər iki həyətdə tapılıb. Onların üzərində ayrı-ayrı adamlara ayrılmış paylar haqqında qeydlər olub. Ehtimal ki, ətlərin satış məqsədilə iaşə obyeklərində istifadəsi nəzərədə tutulub. Ətlər laboratoriyada müayinə ediləcək".
Y.Xanvəlinin sözlərinə görə, bu ətləridə qara yara xəstəliyi çöplərinin də olduğu barədə məlumat daxil olub. "Əgər xəstəlik çöpləri olmasa ətlər heyvanxanaya veriləcək. Xəstəlik aşkar edilsə isə yandırılaraq məhv ediləcək".
DOSTLARINLA PAYLAŞ: