Bakıda çoxmərtəbəli yaşayış binasında güclü yanğın
21 İyul 2010 Çərşənbə 19:05
Yanğın 11-ci mərtəbədən 16-cı mərtəbəyə qədər qalxıb.
Bakı şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəlafdə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, yanğın hadisəsi bu gün Yasamal rayonu, Şərifzadə küçəsi 196-da yerləşən binada meydana gəlib.

Binanın 11-ci mərtəbəsindən başlayan alov 16-cı mərtəbəyə qədər qalxıb. Yanğınsöndürənlər alovun qarşısını ala bilib. Hadisənin elektrik xəttində qısaqapanma nəticəsində baş verdiyi bildirilir. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar