Bakıda çoxlu sayda saxta zinət əşyaları aşkar edildi
07 May 2014 Çərşənbə 16:49
Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 14 sahibkarlıq subyektində yoxlama aparılıb.
Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 14 sahibkarlıq subyektində yoxlama aparılıb.

ANS PRESS-in Maliyyə Nazirliyin saytına istinadən verdiyi məlumata görə, keçirilən əyar nəzarəti tədbirləri zamanı obyektlərdə dövlət əyar damğası ilə damğalanmayan qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış 415 ədəd zərgərlik məmulatı aşkar edilib. Həmin məmulatlar ekspertiza, analiz və əyarlanma prosedurlarından keçirilib, müəyyən edilmiş əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanıb və 4 min 150 manat dövlət rüsumunun ödənilməsi təmin edilib.

Aşkar edilmiş nöqsanlarla əlaqədar həmin sahibkarlara inzibati xəta protokolları tərtib edilib. İnzibati xətalar üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında qərarlar çıxarılıb və 1 600 manat məbləğində cərimə tətbiq edilib.

2014-cü ilin 4 ayı ərzində yol verilmiş nöqsanlarla əlaqədar qanun pozuntusu aşkar edilmiş sahibkarlar barədə inzibati xətalar üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 14 qərar çıxarılıb və ümumilikdə 11 min 200 manat məbləğində inzibati cərimə tətbiq edilib.

Xidmətə ekspertiza, analiz, əyarlanma və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə 2014-cü ilin 4 ayı ərzində 433 min 772 manat dövlət rüsumunun ödənilməsi təmin edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar