Bakıda çimərlikdə dincələnlər dəhşət yaşadı
26 İyun 2014 Cümə Axşamı 11:34
İstirahət mərkəzində asılmış kişi meyiti tapılıb.
Bakının Xəzər rayonu ərazisində çimərlikdə dəhşətli anlar yaşanıb. Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Hövsana gedən yolda, çimərlik ərazisindəki istirahət mərkəzlərinin birində asılmış kişi meyiti tapılıb.
Həmin kişinin 35 yaşlarında olduğu bildirilir. İlkin ehtimala görə, həmin şəxs intihar edib.
Hələlik meyitin şəxsiyyəti bəlli deyil.
Faktla bağlı araşdrıma aparılır.
DOSTLARINLA PAYLAŞ: