Bakıda çay evində qan tökən şəxsi polis tutdu
11 Dekabr 2012 Çərşənbə Axşamı 11:39
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir
Bu gecə saat 23:30 radələrində Hüseyn Cavid prospektində yerləşən çay evində bıçaqlanma hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Nemət Cəfərov qarın nahiyyəsindən bıçaqlanıb.

Hadisəni törədən Sənan Qayıblı isə hadisə yerindən qaçıb. Lakin Sənan çox uzağa gedə bilməyib. Onu Yasamal RPİ CAŞ və 28-ci PB-nin əməkdaşları tutublar. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar