Bakıda bıçaqlanma baş verib
02 Mart 2009 Bazar Ertəsi 10:10
Ağdaş rayon sakini naməlum şəxslər tərəfindən bıçaqlanıb

Bu gecə Bakının Nərimanov rayonunun ərazisində Ağdaş rayon sakini Tərlan Rəis oğlu Nəsirov naməlum şəxslər tərəfindən bıçaqlanıb. O, qohumları tərəfindən kəsici-deşici xəsarətlərlə 1 saylı Şəhər Xəstəxanasına çatdırılıb. Həkimlərin müayinəsi zamanı onda qarının sol aşağı nahiyəsinin kəsilmiş deşilmiş yarası aşkar edilib. Əməliyyatdan sonra yaralının həyatı xilas olunub. Hazırda Tərlan Nəsirov xəstəxananın reanimasiya şöbəsində müalicəsini davam etdirir. Onu vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Qohumlarının ANS-ə verdiyi məlumata görə, Tərlan Nəsirovu Yaşıl Bazarın yaxınlığında yaralayıblar. Yaralı özü evə gəlib. Onun vəziyyəti ağır olduğundan kim tərəfindən biçaqlandığını deyə bilməyib. Qohumları onu xəstəxanaya çatdırıblar.
Hadisəni Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşları araşdırır. Fakta bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb. Tərlan əməliyyatdan sonra özündə olmadığından onu danışdırmaq mümkün olmayıb. Hələlik polis hadisə yerinə baxış keçirir və şahidləri dindirir. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar