Bakıda barmağından üzünü çıxara bilməyən adam FHN-ə zəng etdi
20 Dekabr 2012 Cümə Axşamı 00:29
Xilasedicidər üzüyü kəsərək barmaqdan çıxarıblar.
Bakının Binəqədi rayonunda bir nəfər barmağındakı üzüyü çıxara bilmədiyi üçün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng edərək kömək istəyib. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaşın barmağı sıxıldığı üçün şişib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə üzüyü kəsərək barmaqdan çıxarıblar.
DOSTLARINLA PAYLAŞ: