Bakıda avtomobildən 20 min dollar oğurlandı
13 İyul 2013 Şənbə 11:04
Oğurluqda şübhəli bilinən şəxs artıq yaxalanıb.
Bakıda avtomobildən külli miqdarda pul oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə iyulun 3-də Puşkin küçəsində qeydə alınıb. İmişli rayon sakini Natiq Qarayevə məxsus “Ford” markalı avtomobildən şüşəni sındırma yolu ilə 20 min ABŞ dolları oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 22-ci Polis Bölməsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Nicat Quliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə Sumqayıt şəhərində iyulun 4-də tutulub.

Cinayətin digər iştirakçısı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Aqşin Əsədov isə iyulun 12-də yaxalanıb.

Onun üzərinə baxış keçirilərkən 13 qramdan artıq həşiş qətranı aşkar edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar