Bakıda avtomobil gözəllik salonuna çırpılıb
04 Aprel 2014 Cümə 06:59
Yasamal rayonunda yol nəqliyyat hadisəsi baş verib.
Bu gecə Bakının Yasamal rayonunda avtomobil gözəllik salonuna çırpılıb. Hadisə mətbuat prospekti ilə Əbdürrəhim Bəy Haqverdiyev küçəsinin kəsişməsində qeydə alınıb.

Qəza zamanı Paşazadə Aqil Mehman oğlu “Hyundai” markalı avtomobillə yüksək sürətlə Mətbuat prospektindən Haqverdiyev küçəsinə dönmək istəyib. Lakin sürət yüksək olduğundan sürücü idarəetməni itirib və avtomobili yolun kənarında yerləşən gözəllik salonuna çırpıb.

Qəza zamanı sürücü və maşında olan bir nəfər sərnişin xəsarət alıb. Həmin şəxslərə hadisə yerinə çağrılan təcili tibbi yardım avtomaşınıda ilkin yardım edilib.

Qəza zamanı avtomobilin çırpıldığı g.zəllik salonuna isə ciddi ziyan dəyib, avtomobil isə yararsız hala düşüb.

İlkin ehtimallara görə, qəzaya sürücünün qadağan olunmuş yerdən dönmək istəməsi və avtomobili yüksək sürətlə idarə etməsi səbəb olub.

Faktla bağlı Yasamal rayon Dövlət Yol Polisi şöbəsində araşdırma aparılır. Sürügünün izahatından və ekspertizaların rəyindən sonra qəzanın hansı şəraitdə baş verməsi də məlum olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar