Bakıda avtobusda tələbə qıza qarşı amansız cinayət
27 Dekabr 2012 Cümə Axşamı 15:33
Bir neçə şəxs əl çantasını zorla alıblar və daha sonra qızı vuraraq qaçıblar
Dünən Bakı şəhərinin Yasamal rayonu ərazisində əcnəbi vətəndaşa qarşı soyğunçuluq hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Azərbaycan Texniki Universitetinin tələbəsi, Türkiyə vətəndaşı, 20 yaşlı Birgül Tuğba Həmzə qızı ərizə ilə Yasamal rayon 26-cı Polis Bölməsinə bildirib ki, tanımadığı şəxslər onun çantasını zorla əlindən alıblar.
Gənc qız bildirib ki, 29 saylı xətt avtobusu ilə gedərkən, H.Cavid prospektində tanımadığı şəxslər onun əl çantasını zorla alıblar və daha sonra qızı vuraraq qaçıblar. Avtobusdan düşən soyğunçular naməlum istiqamətdə gedib.
Çantada pul, sənədlər və şəxsi əşyalar olub. Hazırda polis 20 yaşlı tələbə qıza qarşı cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparır.
DOSTLARINLA PAYLAŞ: