Bakıda ana və qızı dəm qazının qurbanı oldu
19 Noyabr 2012 Bazar Ertəsi 11:16
72 yaşlı qadın ölüb, qızı isə zəhərlənib
Bakının Nəsimi rayonu ərazisində Hadisə 3-cü mikrorayon, Alı Mustafayev küçəsi, 43 saylı evdə ana qızı ilə birlikdə dəm qazından zəhərləniblər.
Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, axşam saatlarında 42 yaşlı Validə Şıxıyeva və onun 72 yaşlı anası Cahan Şıxıyeva hamamda huşsuz vəziyyətdə tapılıblar.
Müəyyən olunub ki, Cahan Şıxıyeva ölüb. Validə Şıxıyeva isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Məlum olub ki, Validə Şıxıyeva anasını hamamda çimizdirərkən zəhərləniblər. Faktla bağlı araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: