Bakıda 90 yaşlı qadın şəhəri ayağa qaldırdı
03 Fevral 2014 Bazar Ertəsi 13:39
Nizami rayonu ərazisində yaşayan ruhi xəstə olan qadın intihar etmək istəyərək eyvana çıxıb.
Bakının Nizami rayonu ərazisində 90 yaşlı qadın bütün şəhəri ayağa qaldırıb. Rayon Polis İdarəsi 25-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, qadın yaşadığı mənzilin eyvanına çıxaraq özünü atmaq istədiyini bildirib. Rüstəm Rüstəmov küçəsi, 25 saylı binada yaşayan 90 yaşlı qadın evdə tək olub.

Dərhal hadisə yerinə xilasedicilər, polis əməkdaşları və təcili yardım həkimləri cəlb olunub. Qadının ruhi xəstə olduğu deyilir. Xilasedicilər evin qapısını açaraq qadını sakitləşdirib

“Qadın qızı ilə birlikdə yaşayır. Qız gedib çörək almağa, qadın pəncərəyə keçib. Özünü aşağı atmaq istəyib. Artıq intihara cəhdin qarşısı alınıb”, - deyə bölmədən bildirilib.

Faktla bağlı araşdırma aparılır.













DOSTLARINLA PAYLAŞ:

oyunlar