Bakıda 8-ci mərtəbədən yıxılan qız sağ qaldı
03 Aprel 2013 Çərşənbə 09:37
17 yaşlı qız pəncərə şüşəsi silərkən düşüb.
Dünən saat 13:15 radələrində Bakının Xətai rayonunda 17 yaşlı qız yaşadığı binadan yıxılıb. Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Şıxlınski küçəsi 17 ünvanında yaşayan 1996-cı il təvəllüdlü Fidan İsfəndiyar qızı Əlirzayeva 8-ci mərtəbədən düşüb. Gənc qız xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
F.Əlirzayevanın pəncərələrin şüşələrini silərkən ehtiyatsızlıqdan yıxıldığı bildirilir. Möcüzə nəticəsində sağ qalan qız 263 saylı məktəbin 10-cu sinif şagirdidir.
DOSTLARINLA PAYLAŞ: