Bakıda 76 yaşlı qadın bağlı qapı arxasında qaldı
09 May 2013 Cümə Axşamı 03:14
FHN-nin xilasediciləri köməksiz qalan qadını xilas ediblər.
FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1937-ci il təvəllüdlü qadın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. ANS PRESS FHN-nin saytına istinadən xəbər verir ki, hadisə yerinə dərhal müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya verməyib. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə mənzilin mətbəxinə qonşu mənzilin pəncərəsindən keçərək daxil olublar. Qadın xilas edilib və əməliyyat saat 23:23-də başa çatıb.
DOSTLARINLA PAYLAŞ: